Sevgi, Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. İnsanlar həyatları boyunca çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi kəslərlə birlikdə olmaq istəyirlər. Allahın verdiyi nemətlərin bir çoxu, əsl dəyərini, gerçək sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapır. Məsələn, gördüyü gözəl bir mənzərədən zövq alan insan, yaşadığı həyəcanı sevdiyi biriylə paylaşmaq istəyir. Eyni şəkildə ən möhtəşəm ziyafət süfrəsi, ya da ən gözəl, ən bərbəzəkli ev belə, tək başına ikən insana çox cazibədar gəlməyə bilər. Çünki Allah insan fitrətini, sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə, iman edən insana bir çox nemətdən daha çox zövq verir.
Bu səbəblə Allahın sevdiyi və məmnun olduğu qullarına vəd etdiyi cənnət, gerçək sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük bir coşğu ilə yaşanacağı fövqəladə gözəl bir yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və hüzurdan bəhs edilir. Sevgi və dostluğa mane olacaq hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayəsində cənnətə girəcək möminlərin ürəyindən kin-küdurəti sildiyini bildirmişdir. (Ə'raf Surəsi, 43) Qısqanclıq, düşmənçilik, rəqabət, qəzəb, incinmək, küsmək kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətin xaricində qalacaq.
Cənnətdə yaşayacaq müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindən biri, onların dünya həyatındaykən də, bütün peyğəmbərləri, Allaha iman edən, səy göstərən hər saleh insanı və keçmişdə yaşamış bütün müsəlmanları çox sevmələridir. İman edənlər Allahın razılığını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə sevgi bəsləyir, onları özlərinə yaxın bir dost və vəli edirlər. Hər şərtdə və qeyd-şərtsiz onlarla birlikdə olmaqdan böyük zövq alırlar; bütün müsəlmanlara vəfa ilə bağlıdırlar. Allah, möminlərin ürəklərindəki imanlarından, Allah qorxularından qaynaqlanan bu gözəl sevgiyə və Rəbbimizə olan səmimi bağlılıqlarının qarşılığında, onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracaq.
Möminlərin ürəklərindəki sevginin əsl qaynağı isə Allaha olan dərin sevgiləridir. Möminlər, Allahı çox sevirlər və həyatlarının hər anında Allahın sevgisini və razılığını qazanmaq üçün ciddi səy göstərirlər.
Allah, bütün insanları yoxdan var etmişdir. İnsan bir heç ikən Allahın rəhməti sayəsində can sahibi olmuşdur. Qullarını bu dünyada yaşadan, çeşid-çeşid yeməklər, meyvələr təqdim edən, min bir çeşiddə çiçəklə, sevimli heyvanlarla bizə zövq verəcək mənzərələr yaradan, günəşdən suya, havadan vitaminlərə qədər ehtiyacımız olan hər şeyi qüsursuzca var edən, kosmosda minlərlə kilometr sürətlə hərəkət edən dünyanı hər an təhlükəsizlik içində saxlayan, Rəhman, Rəhim və sonsuz mərhəmət sahibi olan Rəbbimizdir. Allahın üzərindəki nemətlərini, Onun hər şeyə gücü çatan və bütün kainatın tək hakimi olduğunu, hər şeyi ən gözəl və xeyirli şəkliylə yaratdığını düşünən hər möminin Allaha olan sevgisi daha da güclənir. Allahı sevən və Allahdan qorxan insan, Onun qadağalarından böyük bir şövq və istəklə qorunur; Allahın hər əmrini qüsursuzca yerinə yetirmək üçün böyük bir səy göstərir, Allahın məmnuniyyətini, sevgisini, rəhmətini və cənnətini qazanmaq üçün həyatı boyun bütün gücüylə çalışır.
Allahı çox sevən, Allahdan qorxan, Onun özündən məmnun olması üçün səmimi səy göstərən hər mömin, dünyaya gözəllik qazandıran xeyirli insanlardandır. Allahı sevən insan, Allahın yaratdıqlarını da sevər, onlara qarşı şəfqət və mərhəmət duyar, onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyər. Dünyanın ən xeyirli, ən üstün əxlaqlı insanlarından olan Allahın elçiləri də, ətraflarındakı insanları sevgiyə və yaxınlığa dəvət etmişlər.Allah, iman edib saleh əməllərdə olan qullarına bu şəkildə müjdə verir.
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura Surəsi, 23)
İnsanların bir qismi Quran əxlaqını bilmədikləri, Allahı lazım olduğu kimi tanıyıb təqdir edə bilmədikləri üçün sevgidən və dostluqdan məhrum qalaraq əzab içində bir həyat yaşayırlar. Bu insanlar arasında ən gözəl həyatı yaşayanlar belə, əslində gerçək xoşbəxtliyi və hüzuru tapa bilməmişlər. İmanı yaşamayan bu insanlar üçün sevgisiz, dostsuz və tək yaşanan bir həyatın heç bir anı zövqlü və gözəl deyil. Allah, sevgisizliyi iman etməyənlərə dünyada və axirətdə nankorluqlarının və iman etməmələrinin bir qarşılığı olaraq verir. Bu insanlar nə gerçək mənada sevərlər, nə də sevilərlər. Allaha ortaq qoşaraq yaşadıqları sevgi isə gerçək sevgi deyil və onlara daim pessimizm, bədbəxtlik və sıxıntsını gətirir.
Allahın Quranda bildirdiyi kimi təklik və dostsuz qalmaq cəhənnəmə aid bir xüsusiyyətdir:
Çünki o, böyük olan Allaha inanmırdı. O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax burda onun yaxın bir dostu yoxdur.(Haqqə surəsi, 33-35)
Bu saytın məqsədi inananlara, sonsuz rəhmət sahibi olan Rəbbimizə, Allahın yaratdıqlarına və möminlərə olan sevginin əhəmiyyətini xatırlatmaq, Allahı inkar edənlərə aid bir xüsusiyyət olan sevgisizliyin insan üçün nə qədər böyük bir bəla və əzab olduğunu göstərməkdir. Hər mömin bu vəziyyətə düşməkdən çəkinməli, cənnət sevgisini dünyada ikən yaşamağa başlamalı, tək dost və Vəli olan Rəbbimizə və möminlərə sevgi və vəfa ilə bağlanmalıdır..
Sevgiyə aid belə bir sayt hazırlamağımızın və bu mövzuya xüsusilə diqqət çəkməyimizin ən əhəmiyyətli səbəblərindən biri, cənnət əxlaqında sevginin çox böyük bir əhəmiyyətə sahib olmasıdır. Axirətdə Allahın iman edən qulları üçün hazırladığı sonsuz cənnət yurduna qovuşmaq istəyən və orada peyğəmbərlər, salehlərlə birlikdə sonsuza qədər yaşamaq istəyən insanın; dünyada ikən sevməyi mütləq öyrənməsi və seviləcək xüsusiyyətlərə sahib olması lazımdır. Çünki cənnətin ən böyük gözəlliklərindən biri, bir-birini çox sevən, gözəl əxlaqlı insanların sonsuza qədər davam edəcək olan dostluqlarıdır.
Cənnətdə sonsuza qədər sevgi və dostluq halında yaşaya bilməyin yolu isə Allahı çox sevmək və Allahın çox sevdiyi bir insan olmaqdır. Allahın sevdikləri isə, Allahın Quranda bildirdiyinə görə, müttəqilər (Tövbə Surəsi, 4), pak olanlar (Tövbə Surəsi, 108), ədalətli olanlar (Hucurat Surəsi, 9), yaxşılıq edənlər (Bəqərə Surəsi, 195), təmizlənənlər (Bəqərə Surəsi, 222), tövbə edənlər (Bəqərə Surəsi, 222), səbr edənlər (Ali İmran Surəsi, 146), çəkinənlər (Ali İmran Surəsi, 76) və təvəkkül edənlərdir (Ali İmran Surəsi, 159).Peyğəmbərmizin (səv) sevgi üçün etdiyi dua, Allaha və möminlərə qarşı bəslənən sevginin əhəmiyyətini anlamamız üçün bizlərə gözəl bir nümunədir:
Rəsulullah bir dəfə dua edərkən belə buyurdu: "Ya Rəbb! Mənə Öz sevgini, sevdiklərinin sevgisini və məni Sənin sevginə yaxınlaşdıranların sevgisini lütf et və Öz sevgini mənə hərarətdən, susuzluqdan yananların, soyuq suya qovuşmasını istəmələrindən əziz et. İmam Qəzali, Kimya-yı Səadət, s. 594 ((2) VI/253) ((5) VI/253)
