BÜTÜN GÖZƏLLİKLƏRİ VERƏN ALLAHDIR
İnsan özünə  hədiyyə verən, ya da yaxşılıq edən birinə belə, bu gözəl münasibətinə görə məmnuniyyətini dərhal göstərmək istəyir. Məsələn, özünü evində qonaq edən, ikram edən birinə minnətdarlıq hissi duyur; xüsusilə də ev sahibi incə düşüncəli biridirsə və bildirməsinə gərək olmadan o adamın hər ehtiyacını əskiksiz bir şəkildə qarşılayırsa... Bunun kimi, ciddi xəstəlikləri olan insan da, həkiminin müalicəsiylə sağaldığında ona necə təşəkkür edəcəyini bilə bilməz. Yenə insan qarşıdan qarşıya keçərkən, özünü bir avtomobilin vurmasıdan qurtaran adama həyatını borclu olduğunu söyləyir, o adamı mükafatlandırmaq, ona olan minnətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir.
Xəstə və möhtac vəziyyətdə olan insan, özünə baxan, ehtiyaclarını qarşılayan adama, minnətdarlıq etmək üçün çox yaxşı münasibət, hörmət və sevgi göstərir, etdiyi hər yaxşılıq üçün davamlı təşəkkür edir. O adamı qətiyyən incitmək istəmir. Hər insan özünə sürpriz edən, gözəlliklər bəxş edən, yaxşılıq edən kəsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməkdə qüsur etməməyə cəhd göstərir.
Ancaq bəzi insanların unutduğu çox əhəmiyyətli bir gerçək vardır: İnsanı sevindirən, ona gözəl ruzi, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyandığında ona təkrar həyatını bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələndiyində ona şəfa verən, dərmanları vəsilə edərək ağrısını sakitləşdirən canlı və cansız bütün varlıqların sahibi olan Allahdır. Bu səbəblə insan, sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə, sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və təşəkkürünü Allaha yönəltməlidir. İnsana köməyi üçün təşəkkür edərkən, o adama bu köməyi ilham edərək rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə bu şəkildə bildirmişdir:
Gerçək budur ki, göylərin və yerin mülkü Allahındır, dirildər və öldürər. Sizin Allahdan başqa vəliniz və köməkçiniz yoxdur. (Tövbə Surəsi, 116)
Quranda Hz. İbrahimin Allaha olan duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə dilə gətirdiyi bildirilir:
"Ki məni yaradan və mənə hidayət verən Odur;" mənə yedirən və içirən Odur; xəstələndiyim zaman mənə şəfa verən Odur; məni öldürəcək, sonra dirildəcək olan da Odur, din (cəza) günü səhvlərimi bağışlayacağını ümid etdiyim də Odur;" (Şuəra Surəsi, 78-82)
İnsana sahib olduğu bütün gözəllikləri verən Allahdır
Allah, hər insana bir heç ikən can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs ala bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. İnsanların çoxu, havasız otaqda nəfəs almağın necə çətin olduğunu bilir. Havasızlıq artıqca nəfəs almaqda çətinlik də artır. Biz, çətinliklə nəfəs aldığımız bir dünyada da yaşaya bilərdik. Ancaq nəfəs aldığımız hava, Allahın rəhməti və diləməsi ilə heç bir zaman bizə çətinlik vermir, əksinə bizi rahatlaşdırır, xoşumuza gəlir.
Allah, yer üzünün hər tərəfində növnöv tərəvəzlər, meyvələr, taxıllar və bitkilər yaratmışdır. Əgər Allah diləsəydi, dünyada tək bir növ yemək olar və bu yeməyin dadı da bizə heç zövq verməyəcək şəkildə ola bilərdi. Və biz yalnız yaşaya bilmək üçün bu yeməyi yemək məcburiyyətində qala bilərdik. Bu yemək xaricində də yeyə biləcəyimiz bir qida olmazdı. Ancaq Allah, sonsuz mərhəməti və şəfqəti ilə, insanlar üçün növnöv tərəvəz və meyvə yaratmışdır. Üstəlik bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində, bir tərəfdən də bütün bunların ləzzətindən böyük zövq alır.
 Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir. (Ən'am Surəsi, 142)                                                                  
Allahın yaratdığı heyvanlarda da insanlar üçün müxtəlif gözəlliklər vardır. Məsələn at, dəvə, it kimi itaətli heyvanlar insanlara kömək olarkən, quş, pişik kimi ev heyvanları da özlərini insanlara sevdirən xoş xüsusiyyətlərə sahibdirlər.
Tənəffüs etdiyimiz havadan yer üzünə yağan yağışa, torpaqda yetişən məhsullardan yeraltı qaynaqlara, xoşumuza gələn heyvanlardan təməl həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik bir səy göstərilməsinə ehtiyac duyulmadan bizə verilir. İnsanın yaşaya bilməsi və həyatını davam etdirə bilməsi üçün kainatda son dərəcə detallı əməliyyatlar reallaşır, son dərəcə həssas tarazlıqlar davamlı olaraq qorunur.
İnsandan  başqa digər canlılar, sahib olduqları xüsusiyyətlərin fərqində deyillər. Dovşan, nə qədər sevimli olduğunun fərqində olmadan yaşar. Kəpənək, qanadlarındakı simmetriyanın, naxışların və uyğunlaşmanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya bir tovuz quşunu olduqca dəbdəbəli edir. Amma o, nə üçün var olduğunu belə bilməyən və gözəllikləri təqdir edə bilmə qabiliyyəti olmayan bir canlıdır. Quyruğundakı rənglər və naxışlarla, dünyanın ən gözəl görüntülərindən birini nümayiş etdirən bu varlıq, insanların Allaha şükr etmələri və Allahın yaradış gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.
Allah bütün bu canlılardakı gözəl görüntüləri insanlara nemət olaraq bəxş edir. Bu səbəblə insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazım olduğu kimi təqdir edə bilməsi və bütün bu gözəlliklərin Yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi lazımdır.
 Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, Onunla dən və bitki yetişdirək, Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. (Nəbə Surəsi, 12-16)   
Allahın yer üzündə yaratdığı gözəlliklər saymaqla bitməyəcək qədər çoxdur. Məsələn, gülün görünüşündə qüsursuz bir estetika vardır. Yarpaqları son dərəcə dəqiq və simmetrik bir düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli bir parça kimi, ipək kimi yumşaqdır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitdiyi halda rənglərində bulanıqlıq, ya da çirkə rast gəlinmir. Qoxusu isə dünyanın ən inkişaf etmiş texnologiyaları istifadə edilsə belə, təqlid edilə bilməyəcək xüsusiyyətlərə malikdir. Keyfiyyətli bir ətirin belə zamanla qoxusu dəyişərkən, gül daim eyni təzəlikdə qalan, insana zövq verən möhtəşəm bir qoxuya malikdir. Ancaq gül də, bu xüsusiyyətlərinin heç birinin fərqində deyil. Digər bitkilər və heyvanlar da gülün bu gözəlliyindən zövq alacaq şəkildə yaradılmamışlar. Amma bütün bu xüsusiyyətləriylə gül, insan üçün böyük bir nemət olaraq yaradılmışdır.
Yer üzündəki hər gözəllik həm Rəbbimizin bir neməti, həm də Onun sonsuz gözəlliyinin bir əksidir. Bu səbəblə, vicdan sahibi olan və düşünən hər insan, bütün bu gözəlliklərin əsl sahibi olan Allaha, böyük bir coşğu və sevgi ilə bağlanır. Allah, bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alınacaq dəlillər olduğunu bildirir:
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! (Nəhl Surəsi, 13)
Bura qədər sayılanlar, insanlara verilən nemətlərin yalnız çox az bir qismidir. Bunlarla yanaşı həyatımızın davam etməsi üçün saysız detalın bir yerdə olması lazımdır. Əslində yuxarıda verilən nümunələrdən birini düşünmək belə  Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağla və mühakimə qabiliyyətinə sahib olan insanın, bu qabiliyyətlərini Allahı tanımaq və dolayısilə ONU çox sevmək üçün istifadə etməsi lazımdır. Çünki vicdanını istifadə edərək ətrafındakı mükəmməl nizamı dərk e bilən insanlar üçün bütün kainat, Allaha olan sevgilərini artıracaq səbəblərlə doludur. Bunları ətraflı olaraq düşünən insan təbii olaraq Allahı gərəyi kimi təqdir edib sevə bilər.                                                     
           Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (Rəhman Surəsi, 12-13)
Necə ki, Allah Quranın bir çox ayəsində, insanlara özlərinə verilən nemətlər üzərində düşünmələrini bildirmiş və bu nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyurulur:
O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. (Mal-qaranı) axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır. Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür. O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. (Nəhl Surəsi, 4-15)

Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz? ( Fatır Surəsi, 3 )

Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. (Nəhl Surəsi, 53 )
Yuxarıdakı ayələrdə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin yalnız çox az bir qismidir. Allah, bu ayələrin davamında:
"Əgər Allahın nemətini saymağa cəhd edəcək olsanız, onu bir ümumiləşdirmə edərək belə saya bilməzsiniz. Həqiqətən Allah, bağışlayandır, əsirgəyəndir." (Nəhl Surəsi, 18)
şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər üzərində düşünməsi belə, Allahın insanlar üzərindəki sonsuz lütfkarlığını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, həyatımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Bu səbəblə insan, hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, ONA güclü bir sevgi ilə bağlanmalıdır.

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. (Nəhl Surəsi, 13 )