İNSANI YOXDAN VAR EDƏN ALLAHDIR
İnsan, yoxdan necə var olduğunu, necə can sahibi olduğunu və ana rəhminə düşdüyündən bu gününə qədər necə qayğıyla qorunduğunu düşündüyü zaman , Allahın özü üzərindəki rəhmətinə, sonsuz mərhəmət və şəfqətinə şahid olur. Allah Məryəm Surəsində insanları, yaradılışları üzərində düşünməyə çağırır:
"Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?" (Məryəm Surəsi, 67)
Allah, hər insanı, ana rəhmində son dərəcə güvənli , şikəst qalmayacağı, ağrı və acını hiss etməyəcəyi bir yerə; ona heç bir zərərin toxunmayacağı şəkildə yerləşdirir. Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey neçə milyardlar il bundan əvvəl hazırlanmışdır. Tənəffüs edəcəyi havadan, lazım olan qidaların qəbul olunduğu ana südünə qədər hər şey onun üçün hazırdır.
Hər insanın bədəni, ölənə qədər, Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn ürək, insanın bütün həyatı boyu dayanmadan döyünür, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyil. İnsan yalnız ürəyinin hər saniyə döyünməsi üçün ona lazım olan əmri vermək vəzifəsini boynuna götürmüş olsaydı belə, həyatı çox çətinləşərdi; yata bilməz, yemək yeyə bilməz, bir sözlə bundan başqa heç bir iş görə bilməyəcək hala gələrdi. Halbuki Allah, həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər bir sxem üzrə işləmək əmrini verir. Beləliklə ürək, insanın ömrü boyunca, bir an belə dayanmadan, Allahın idarəsində işinə davam edir.
İnsanın özünə aid olduğunu iddia etdiyi bədəni üzərində heç bir hakimiyyəti yoxdur. İnsana, bütün hüceyrələrinədək hakim olan yalnız Uca Rəbbimizdir. Böyük bir sürətlə axan qanı, ürəyin vurduğu qan miqdarını, qanın laxtalanma müddətini, tənəffüs, həzm, immun sistemini, sinir sistemini və burada saymadığımız bir çox sistemi insan öz başına tənzimləyib idarə edə bilməz. İnsan hər şeyi ilə Allaha möhtacdır. Allah bu gerçəyi bir ayəsində belə bildirir:
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir." (Fatır Surəsi, 15)
Səhərlər oyandığınız zaman , bədəninizdə həyatınız üçün lazımlı olan hər detalın əskiksiz olaraq işlədiyinə şahid olursunuz. Rahatlıqla nəfəs ala bilir, gözlərinizi açdığınızda heç bir səy göstərmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürsünüz.
Səsləri hər zaman eyni dəqiqlikdə eşidir , rahatlıqla qoxunu hiss edə bilir və yemək yeyə bilirsiniz. Yediyiniz yeməklərdəki vitaminlərin bədəninizdə hara gedəcəkləri, sayısız mikrob və virusla bədənin necə mübarizə apardığını, bir əşyanı görmək üçün beyninizdə görüntünün necə meydana gəldiyini düşünmək məcburiyyətində qalmazsınız.
Heç çətinlik çəkmədən bir gün, bir il hətta neçə il bundan əvvəl nələr etdiyinizi xatırlaya bilir, bütün bunları yaddaşınızda saxlaya bilirsiniz. Ən əhəmiyyətlisi bu qədər həssas tarazlıqlarla işləyən bir bədənə sahib olmanıza baxmayaraq sağlam və gümrah olursunuz. Çünki insan hər an Allahın idarəsində olan bir sistemə bağlıdır. Bax buna görə insan Rəbbimizin özünə bağışladığı bu əskiksiz sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizlərə belə xatırladır:
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.Səni istədiyi şəklə saldı. (İnfitar Surəsi 6-8)
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir..
(Həşr Surəsi, 24 )
Göründüyü kimi insan yalnız öz bədəninə baxaraq belə Allaha dərin və güclü bir sevgiylə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Üstəlik yalnız insan bədənində deyil, kainatdakı hər detalda insanlara təqdim edilən bənzərsiz nemətlər vardır. Bütün bunlar, tək və gerçək dostumuz olan Allahın bizlər üçün yaratdığı və qoruduğu möhtəşəm nemətlərdir.
Bu cür detallar üzərində ətraflı düşünən insan, özünü yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah diləmədikcə nəfəs belə ala bilməyəcəyini görəcək; Allahın özü üçün ən yaxın dost və vəli olduğunu anlayacaq. Allah bu gerçəyi Ənkəbut Surəsində belə bildirir:"Siz nə yerdə, nə də göydə (Ondan gizlənib) yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.. (Ənkəbut Surəsi, 22)
"Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər" (Mübarizə Surəsi, 22)
Allahın yaratdığı hər şey ən gözəli və ən xeyirlisidir
Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Mənfi kimi görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu gerçəyi bir ayəsində belə bildirir:
"Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz."(Bəqərə Surəsi, 216)
"Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.." (İnsan Surəsi, 3)
Bu gerçəyi bilərək yaşayan möminlər, qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər sözdən razı olurlar, hər an Allaha yönələrək, başlarına gələn hər şey üçün ONA şükr edirlər, Allahın özləri üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Allahı sevgi və təriflə zikr edirlər. sla
Allah insanlara çətinlik yaratmır, onlardan asan olanı istəyir
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, kitabları və elçiləri vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizləri çağırdığı din əxlaqı çox asandır; ibadətlər hər insanın gücünün yetəcəyi şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin razılığını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirilir:
"Səni ən asan olana müvəffəq edərik.." (Əla surəsi, 8)
" O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (Həcc Surəsi, 78)
"Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik)." (Taha Surəsi, 2-3)Allah, bir başqa ayəsində isə, insana gücü yetəcəyindən artığını yükləməyəcəyini belə bildirir:
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə Surəsi, 286)
Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayıcılığının, şəfqətinin bir təcəllisidir. Allah qullarını asan olan bir dindən məsul tutmuşdur və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyal belə edə bilməyəcəyi mükəmməllikdə nemətlərlə dolu, sonsuz cənnət həyatı ilə müjdələyir:
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar. (Taha Surəsi, 113 )
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah dərgahındadır. (Tövbə Surəsi, 21-22)
Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən münəzzəhdir. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları vardır. Dünyanın ən kobud, ən inancsız insanı belə, Allaha heç bir şəkildə zərər verə bilməz. Allah, canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq Allah insanlara, gözəl davranışlar etdikləri təqdirdə onları mükafatlandıracağını bildirir. Bu, Allahın üstün əfvinin və rəhmətinin dəlillərindən biridir.
Allahın, insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərmiş olması da Rəbbimizin rəhmətinin təcəllilərindəndir. Allah haqq kitabı Quranı, insanlara doğrunu və yalnışı bildirən bir nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz, insanların məsul olduğu hər cür ibadəti, inancı və davranış şəklini açıq-aşkar ayələriylə bizlərə bildirmişdir. Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik. (Ə'raf Surəsi, 52)
Allah Quranı qorumuş, tək bir hərfinin belə pozulmasına icazə verməmişdir. Allah bu gerçəyi ayələrində belə bildirir:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr Surəsi, 9)
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan tərəfindən nazil edilmişdir. (Fussilət Surəsi, 42)
Qiyamətə qədər qorunacaq və etibarlı olan, qüsursuz və əskiksiz bir yol göstəriciyə sahib olmaq insanlar üçün böyük bir nemət və asanlıqdır. Allah, Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə bildirir:
Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl Surəsi, 89)
Allah, həmçinin tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər, çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kəslərdir. Elçilər yalnız Allahın razılığını axtarmışlar, ölümü belə gözə alaraq, insanları doğru olan yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin bir başqa xüsusiyyəti də, çox şəfqətli, möminləri çox sevən, onları qoruyan, incə düşünən, fədakar kəslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları, Rəbbimizin möminlərə böyük bir lütfüdür.
Allahın insanlara hər şeyi açıq şəkildə bildirmiş olması, haqq kitablar və etibarlı elçilərlə, onları asan olan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qorumasının təcəllisidir. Allah, tarix boyu insanlara asanlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəsilərlə çatdırmış, dəvətinə tabe olanların vəlisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunların ardından onları sonsuz gözəllikdəki cənnətiylə müjdələmişdir. Rəhman və Rəhim olan Allah, dünyada da, axirətdə də insanlara mərhəmət edən, onları qoruyan, nemət bəxş edən, sonsuz şəfqət sahibi olandır. Düşünən, ağıl və vicdan sahibi hər insan, özünə verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edir və Rəbbimizə səmimi bir sevgi və təslimiyyətlə bağlanır.

