Allah, əfvi sonsuz olandır.Quranın bir ayəsində Rəbbimiz bu gerçəyi bizlərə
" Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir..." (Nəhl Surəsi, 61)
 sözləriylə bildirir.
Allah, bu an siz bu yazını oxuyarkən, həm sizə, həm də bütün insanlara bir vaxt verir. Həqiqətən iman edənlər üçün bu vaxt çox xeyirlidir.
Allahdan qorxub çəkinən hər insan, ən kiçiyindən ən böyüyünə qədər hər günahı üçün Allaha tövbə edib, Ondan bağışlanmasını diləyə bilər, günahlarını düzəltməyi ümid edə bilər. İnsan tövbəsində səmimi olduğu müddətcə Allah hər günahı bağışlayandır. Allahın sonsuz bağışlayıcılığı, Quranda belə bildirilmişdir:
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik  olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər) (Nur Surəsi, 10)
Allah, əfvi sonsuz olduğu üçün insana hər zaman bir qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzl və rəhmət sahibi olan Rəbbimiz, insanlara olan mərhəmətinə görə onlara həyatları boyunca qurtuluş imkanı vermiş, onlara tövbələri qəbul edən olduğunu bildirmişdir. Allahın bütün bu nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqində olmadan yaşayanlar, həqiqətən qəflət içindədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini gərəyi kimi təqdir edə bilməmələri, bu kəslərin axirətdə cəhənnəm əzabıyla qarşılıq görmələrinə səbəb olacaq.
Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran Surəsi, 13 )                                             

0 коммент.:

Отправить комментарий