Bəzi insanlar, din əxlaqını yaşamaq və Allahın razılığını qazanan  biri olmaq üçün yalnız Allah sevgisinin olması ilə kifayətlənirlər . Ancaq Allah Quranda bildirir ki , razı olduğu təqva sahibi qulları , Allahı çox sevmələri ilə yanaşı , Ondan  güclərinin çatdığı qədər qorxub çəkinirlər .
Allah, hər insana bir heç ikən can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs ala bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. İnsanların çoxu, havasız otaqda nəfəs almağın necə çətin olduğunu bilir. Havasızlıq artıqca nəfəs almaqda çətinlik də artır. Biz, çətinliklə nəfəs aldığımız bir dünyada da yaşaya bilərdik. Ancaq nəfəs aldığımız hava, Allahın rəhməti və diləməsi ilə heç bir zaman bizə çətinlik vermir, əksinə bizi rahatlaşdırır, xoşumuza gəlir.
İnsan həyatı boyu insanların ədalətsizliyinin şahidi ola bilər. Bəzisi ticarətdə, bəzisi şahidlikdə, bəzisi də qərar verərkən öz mənfəətlərini qoruyur və ədalətli davranmağı ağlına gətirmir.

Ədalətla davranmaq insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunu bildirən xüsusiyyətdir. Cəmiyyətdə mənfəətlərini düşünməyərək ədalətli və dürüst davranan insanlara qarşı sevgi və hörmət yaranır. Cəmiyyətdə belə insanlar, fərqli fikirlərdə olsalar da, hörmət görür, hətta qəhrəman elan edilirlər.
İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz insanların  bütün dualarına cavab verəcəyini bildirərək onlara  köməyini belə müjdələmişdir:

 (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
Allaha könüldən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin özünü qoruduğuna, Onun müşahidəsinə hər an şahid olur. Allah, səmimi olaraq edilən, haramdan çəkinilən və halala uyğun olan hər işdə möminlərin yolunu açır; onlara asanlıq verir. Allah, Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün edəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:
... Möminlərə yardım etmək Bizim borcumuz idi. (Rum Surəsi, 47)
Allah, əfvi sonsuz olandır.Quranın bir ayəsində Rəbbimiz bu gerçəyi bizlərə
" Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir..." (Nəhl Surəsi, 61)
 sözləriylə bildirir.
Allah, bu an siz bu yazını oxuyarkən, həm sizə, həm də bütün insanlara bir vaxt verir. Həqiqətən iman edənlər üçün bu vaxt çox xeyirlidir.
Mikdam İbnu Madikerib (radıyallahu ənh) belə söyləyir: 

"Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurur: "Sizdən  biri qardaşının əxlaqını (Allah üçün) sevirsə bunu özünə söyləsin." Kutubu Sittə, 10-cu cild, s. 135; Əbu Davud, Ədəb 122, (5124); Tirmizi, Zühd 54, (2393) 

Ata əl-Xorasanı söyləyir:

 "Rəsulullah (əleyhissalatu vəssalam) buyurur ki: "Əl verərək görüşün ki, ürəyinizdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə sevginiz  artsın və aranızdakı düşmənlik bitsin." Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908)

Qurana əsaslanmayan sevgilər qısa müddətdə bitir. Tərəflərdən biri qarşısındakından ümid etdiyi mənfəətləri əldə edə bilməyəcəyini gördüyündə əvvəl duyduğu həyəcan dərhal bezginliyə çevrilir. Eyni şəkildə, bir acizliyini gördüyündə, ya da bir xəstəliyinə şahid olduğunda o adam onun üçün artıq dözülən  bir insana çevrilir. Xüsusilə də, bu adamın görünüşündə bir dəyişiklik olsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalsa, bu, o insan üçün sevginin sonu deməkdir.
Bir çox insan qəbul etmək istəməsə də, bəzi insanlar münasibətlərində mənfəət axtarırlar. Bu qəbildən olan insanlar özlərinə mənfəət verə bilən bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı "sevgi" hesab edirlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları "ehtiraslı bir həvəsdir". Belə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan meydana gətirdiyi üçün həyəcan da zəngin olan adama qarşı duyulur.
Şirkə əsaslanan sevginin nümunələri qadın ilə kişi arasındakı əlaqələrdə daha çox görünür. Bəzi insanlar Allaha qarşı duyacaqları sevgini və bağlılığı heç nəyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatlarının əsl məqsədi hesab edir, hər an - hər yerdə onun adını xatırlayır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər qalxdıqları andan etibarən gün ərzində o adamı düşünür, ya da o kimsəni düşündüyündən səhərə qədər yuxusuz qalırlar.
Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edir, çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə adama daxilən böyük bir həyəcan verir. Eyni zamanda, gözəl xasiyyətli, gözəl üzlü insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirir. Çünki  insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir.
Bütün həyatlarını Allaha həsr edən və qəlbən Ona təslim olan möminlərin dünyadakı yeganə məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır.
 
"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) 

ayəsində bildirildiyi kimi, möminlər hər davranışlarında və hər işlərində Allahın razılığını qazanmağı hədəf seçirlər.

 İnsanların çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu öz nəfslərinin rahatlığıdır. Ancaq əsl sevgidə insan öz nəfsini unudar və sevdiyi insanın nəfsi ön plana keçər. Onu rahatlatdırmaq üçün əlindən gələn hər cür səyi göstərər. Hər zaman sevdiyi adamın istəklərini öz istəklərindən üstün tutar. Məsələn, birlikdə etdikləri bir işdə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olar. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alar.
İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqətin şüurunda olan möminlər bir-birlərinə olan sevgilərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əksinə, insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə qarşılıq görəcəyini bilmələri iman edənlərin bu mövzuda böyük bir şövq və dayanıqlılıq içərisində hərəkət etmələrini təmin edər.

Mərhəmət sevginin bir hissəsidir. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimiz (s.ə.s.)in mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunədir. Allah Quranda Hz. Məhəmməd (s.ə.s.)in bu üstün əxlaqından belə bəhs edir:

Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. Allah Quranda möminləri sədaqətlərindən ötrü mükafatlandıracağını  bildirir. Bu səbəblə Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər qeyd-şərtsiz tətbiq edirlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə açıqlayır:
 
Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Əhzab Surəsi, 24)

Quranın "... Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur... (Nisa Surəsi, 128) ayəsi hər insanın nəfsində bəzi mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan Allahın özü üçün təqdir etdiyi ömür boyu nəfsinə sahib olduğu bu mənfi xüsusiyyətlərdən təmizləməklə və cənnət əxlaqındakı mükəmməlliyə çatdırmaq üçün səy göstərməklə məsuldur. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv etməyə də meyllidir.

Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asanlıqla yalan söyləyə bilirlər. Bir insanın yalan danışdığının başa düşülməsi isə, əgər o adam bunu dürüstcə etiraf edib davranışını düzəltməmişsə, bu ona qarşı sevgi duyulmasına mane olur. Çünki yalan danışan insana hansı sözünün doğru, hansı sözünün səhv olduğunun bilinib-bilməməsinə görə etibar edilmir. İnsan güvənmədiyi birinə qarşı sevgi də duya bilməz.
Əsl sevginin meydana gəlməsi üçün əvvəlcə eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələri aradan qaldırmaq lazımdır. Qürur sevginin meydana gəlməsinə mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün görən birinin həyatda ən dəyər verdiyi varlıq öz nəfsidir. O, digər insanları özündən daha dəyərsiz, daha aşağı görür.
Cahiliyyə əxlaqını yaşayan bəzi insanlar bir-birlərinə qarşı asanlıqla hirslənə bilər, dərhal kin duya bilərlər. Özlərinə kiçik bir zərər verən birinə qarşı da dərhal nifrət bəsləyə bilərlər. Çox kiçik səbəblərdən ötrü dostluğuna son qoyan, 'ən yaxınım' dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi Quran əxlaqı yaşanmadığında insanların əvf etmək, səbr, sevgi və üstün əxlaq tələb edən xüsusiyyətlərdən uzaq bir həyat sürmələridir. 
Allaha və axirətə inanmayan bəzi insanlar dünya həyatını bir mübarizə yeri hesab edirlər. Belə insanların fikrinə görə, insan həyatda qala bilmək üçün mübarizə aparmalı və bu mübarizədə güclülər gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər. Tamamilə azğın bir inancın məhsulu olan bu dünyagörüş insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmasına və yalnız öz mənfəətlərini qorumasına əsaslanan pis əxlaqı inkişaf etdirmələrinə səbəb olur.
 Din əxlaqını yaşamayan insanların həqiqətən sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməli və Allahın sevgisinə layiq olan bir əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində bir sevgi yaradırbaşqa insanların ürəyində də onlara qarşı bir sevgi hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini diləməlidir.
 Sevgi, Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. İnsanlar həyatları boyunca çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi kəslərlə birlikdə olmaq istəyirlər. Allahın verdiyi nemətlərin bir çoxu, əsl dəyərini, gerçək sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapır. Məsələn, gördüyü gözəl bir mənzərədən zövq alan insan, yaşadığı həyəcanı sevdiyi biriylə paylaşmaq istəyir. Eyni şəkildə ən möhtəşəm ziyafət süfrəsi, ya da ən gözəl, ən bərbəzəkli ev belə, tək başına ikən insana çox cazibədar gəlməyə bilər.