QURAN ƏXLAQINDA SEVGİ
Din əxlaqını yaşamayan insanların həqiqətən sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməli və Allahın sevgisinə layiq olan bir əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində bir sevgi yaradır və başqa insanların ürəyində də onlara qarşı bir sevgi hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini diləməlidir. Pis əxlaqa sahib olan və ya din əxlaqını yaşamayıb cahiliyyə həyatına meyl edən bir insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tək və dostsuz qala bilər. Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:
Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 13)
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)
FƏDAKAR OLMAQ
Allaha və axirətə inanmayan bəzi insanlar dünya həyatını bir mübarizə yeri hesab edirlər. Belə insanların fikrinə görə, insan həyatda qala bilmək üçün mübarizə aparmalı və bu mübarizədə güclülər gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər. Tamamilə azğın bir inancın məhsulu olan bu dünyagörüş insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmasına və yalnız öz mənfəətlərini qorumasına əsaslanan pis əxlaqı inkişaf etdirmələrinə səbəb olur. Bu dünyagörüşünün hakim olduğu cəmiyyətdə çətin vəziyyətə düşən zəif insana kömək etmək, başqası üçün fədakarca davranmaq və ya başqasının sağlamlığını, xoşbəxtliyini, rahatlığını özününkündən əvvəldə tutmaq kimi gözəl əxlaq xüsusiyyətləri lazımsız görürlür. Bu səbəbdən, hər hansı bir qarşılıq əldə edilmədiyi müddətdə heç kim bir-biri üçün fədakarlıq etmir.Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar arasında bu dünyagörüşə daha çox rast gəlinir. Belə anlayışa sahib olan insanların isə bir-birlərinə həqiqi mənada sevgi duyması o qədər də mümkün olmur. Çünki insan öz rahatlığını hər kəsdən daha öndə görən eqoist bir adama qarşı ürəyində həqiqi və səmimi sevgi duya bilməz. Qarşısındakı insanda bir hadisədə belə eqoizmə rast gəlinməsi ona qarşı duyulan sevgiyə mənfi təsir edir. Məsələn, insanın yalnız öz rahatlığını düşünməsi, gözəl yeməyi, rahat yatağı özü üçün saxlayıb, ətrafındakıları düşünməməsi o adama qarşı duyulan sevgini zədələyir. Cahiliyyə cəmiyyətində insanlar bir-birlərinin bu tərz pis xüsusiyyətlərinə tez-tez şahid olurlar və bu da qəlblərində o adama qarşı mənfi dünyagörüşün meydana gəlməsinə səbəb olur.
Cahiliyyə əxlaqını yaşayan bəzi insanlar ən yaxın dostlarına belə fədakarlıq edəcək hər hansı bir iş təklifi edə bilməzlər. Məsələn, uşağı xəstələnən bir nəfər iş yoldaşlarından özünün yerinə onun işlərini idarə etmələrini istəyə bilməz. Ana və ya ataya kömək etmək belə bəzən uşaqlar arasında problem olur, hətta buna görə aralarında küskünlük də baş verir. Halbuki soruşulduğunda hər kəs ana-atasını çox sevdiyini söyləyir. Amma fədakarlıq lazım olduqda əgər ciddi mənfəətləri yoxdursa, bəzi insanlar bundan qaçınırlar. Halbuki həqiqətən sevən insan sevdiyi şəxs üçün hər cür fədakarlığı nəzərə alır və bundan ötrü heç zaman şikayətlənmir, bezginlik duymur.
Möminlərin bir-birlərinə olan sevgi və düşkünlüklərinin ən nəzərə çarpan xüsusiyyətlərindən biri bir-birləri üçün sevə-sevə fədakarlıq etmələri, bir-birlərinin ehtiyaclarını öz nəfslərindən üstün tutmalarıdır. Allahın Quranda bu mövzuda verdiyi nümunələrdən biri Məkkədən Mədinəyə hicrət edən möminləri yerbəyer edən Mədinəli möminlərdir.
Quranda möminlərin bu gözəl əxlaqları belə bildirilmişdir:
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına Mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr Surəsi, 9)
Ayədə həm Məkkəli, həm də Mədinəli möminlərin gözəl əxlaqlarından danışılır. Məkkəli möminlər mallarını, qohumlarını, əşyalarını, evlərini, bağ-bağçalarını, işlərini geridə buraxaraq Allahın dinini yaşamaq üçün yurdlarından çıxmış, Mədinəyə hicrət etmişlər. Allahın razılığını qazana bilmək üçün sahib olduqları hər şeyi geridə buraxmağı nəzərə almışlar. Bu, çox üstün bir əxlaqın və onların Allahı vəkil etmiş etibarlı insanlar olduqlarının bir göstəricisidir. Bu gözəl əxlaqları digər möminlərin onlara dərin sevgi, hörmət və mərhəmət duymalarına səbəb olmuşdur.
Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran Surəsi, 92)
O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Al-i İmran Surəsi, 134)
Belə ki, Mədinəli möminlər bu etibarlı və sadiq mömin qardaşlarını ən gözəl şəkildə qarşılamış və ən gözəl şəkildə yerləşdirmişdilər. Öz ehtiyaclarını nəzərə almadan mömin qardaşlarına ikram etmiş, ən gözəl yeməklərini və geyimlərini onlar üçün ayırmışlar, onlara ən rahat sığınacaqları təqdim etmişlər. Bu fədakarlıqları isə Allaha və möminlərə olan güclü və səmimi sevgilərindən qaynaqlanmışdır. Bu gözəl əxlaqları onlara qarşı da sevgi duyulmasına səbəb olmuşdur. Allah onları Quranda sevgi və təriflə anmış, 1400 ildir Quranı oxuyan hər Müsəlmanın ürəyində onlar üçün bir sevgi yaratmışdır.
Möminlərin fədakarlıqlarının bir başqa nümunəsini Allah Quranda bu ayələri ilə bildirir:
Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” (İnsan Surəsi, 8-10)
Özü ehtiyac içində olduğu halda, yoxsula yeməyini təklif edən kimsəyə qarşı insanların ürəyində təbii olaraq sevgi və hörmət hissi meydana gəlir. Bu vəziyyəti belə bir misalla açıqlayaq: çox yorğun və aç olduğunuzu və yanınızda sizinlə eyni vəziyyətdə olan iki adamın da olduğunu düşünək. Önünüzdə isə yalnız bir adama çatacaq qədər yemək və yalnız bir adamın yatacağı yataq olsun. Yanınızdakılardan biri sizə ehtiyacınız olub-olmadığını belə soruşmadan böyük həvəslə yeməyi özü yeməyə başlasın və yataqda da özü yatmaq üçün israr etsin. Digəri isə aç olduğu halda önündəki yeməyi sizə təklif etsin və yataqda sizin yatmanız üçün israr etsin. Belə bir vəziyyətdə eqoist davranan adama qarşı daxilən bir soyuqluq, fədakar olana qarşı da sevgi meydana gəldiyini hiss edərsiniz. Allah insan ruhunu gözəl əxlaqdan xoşlanacaq, belə insanlara qarşı sevgi və məhəbbət duyulacaq şəkildə yaratmışdır.
ƏFV ETMƏK
Cahiliyyə əxlaqını yaşayan bəzi insanlar bir-birlərinə qarşı asanlıqla hirslənə bilər, dərhal kin duya bilərlər. Özlərinə kiçik bir zərər verən birinə qarşı da dərhal nifrət bəsləyə bilərlər. Çox kiçik səbəblərdən ötrü dostluğuna son qoyan, 'ən yaxınım' dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi Quran əxlaqı yaşanmadığında insanların əvf etmək, səbr, sevgi və üstün əxlaq tələb edən xüsusiyyətlərdən uzaq bir həyat sürmələridir. Halbuki möminlər çox səbrli və bağışlayıcıdırlar. Kiçik səhvlərdən, ya da insani qüsurlardan ötrü qarşılarındakı adama hirslənərək bir anda onlarla olan əlaqələrini bitirməzlər.
Ona hər dəfə daha bir fürsət verər, doğru olanı xatırladar və davranışlarını düzəltməsi üçün kömək edərlər. Sevdikləri dostlarının əksiklərini ortaya çıxarıb onlara hirslənmək və kin duymaq yerinə, onların səhvlərini, əksiklərini düzəltməyə çalışar, Qurana uyğun öyüd-nəsihət verərək dəstək olarlar. Əsl sevgidə dostlar arasında böyük bir anlayış və xoş münasibət hakim olar. Hər problem sevgi və anlayışla, rahatlıqla həll edilər.
Ona hər dəfə daha bir fürsət verər, doğru olanı xatırladar və davranışlarını düzəltməsi üçün kömək edərlər. Sevdikləri dostlarının əksiklərini ortaya çıxarıb onlara hirslənmək və kin duymaq yerinə, onların səhvlərini, əksiklərini düzəltməyə çalışar, Qurana uyğun öyüd-nəsihət verərək dəstək olarlar. Əsl sevgidə dostlar arasında böyük bir anlayış və xoş münasibət hakim olar. Hər problem sevgi və anlayışla, rahatlıqla həll edilər.
Allah Quranda insanlara bağışlayıcı olmaları lazım olduğunu belə nəsihət edir:
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)
... Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə Surəsi, 13)
Quran əxlaqında bağışlayıcılığın sərhədi yoxdur. Yuxarıdakı ayədə möminlərə ardıcıl olaraq xəyanət gördükləri kəsləri də bağışlamaları əmr edilir. Bu inanca sahib olan bir adam bir insanın səhvi üzündən böyük zərərlərə uğrasa belə, bu insanı asanlıqla bağışlaya bilər. Arxasınca danışan, özünə pislik etməyə çalışan və ya maddi zərərə düşməsinə səbəb olan bir insanı bağışlayaraq, əxlaqı ilə onun üçün gözəl bir nümunə ola bilər, onu özü üçün yaxın bir dosta çevirə bilər. Belə ki, böyük bir səhv etdikdən sonra bağışlanıldığını görmək möminin ruhunda özünü bağışlayan adama qarşı böyük bir məhəbbət və bağlılıq meydana gətirər. Allah bağışlayıcılığın həqiqi sevginin meydana gəlməsi üçün lazım olan xüsusiyyətlərdən biri olduğunu Quranda belə bildirir:
TƏVAZÖKAR OLMAQ
Əsl sevginin meydana gəlməsi üçün əvvəlcə eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələri aradan qaldırmaq lazımdır. Qürur sevginin meydana gəlməsinə mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün görən birinin həyatda ən dəyər verdiyi varlıq öz nəfsidir. O, digər insanları özündən daha dəyərsiz, daha aşağı görür. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanır, bununla da nəfsini ilahlaşdırmış olur. Bu səbəbdən, bu dünyagörüşünə sahib olan insanın özündən daha dəyərsiz gördüyü bir adama bağlanması, onun üçün fədakarlıq etməsi, onun nəfsini özündən öndə tutması, başqa sözlə, ürəyində ona qarşı həqiqi sevgi yaratması o qədər də asan olmur. Bu səbəbdən də sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin sevgi duya bilər.
Qürurlu insanların sevgisiz həyat tərzlərinin bir çox səbəbi vardır. Qürurlu insanlar nəfslərindəki özlərini ucaltma istəyindən ötrü istehzalı xarakter nümayiş etdirirlər. Ətraflarındakı insanların qüsurlarını dilə gətirdiklərində, öz üstünlüklərini daha yaxşı vurğulaya biləcəklərini düşünürlər. Davamlı istehza edən və söhbətlərində ətrafındakıları hörmətdən salmağa çalışan birinə qarşı isə, heç kim ürəyində səmimi bir sevgi duya bilməz.
Təvazökar insanlar isə bu kəslərin əksinə çox sevilərlər. Təvazökar insanın qarşısındakı adama dəyər verdiyi hiss edilir, bu səbəblə bu əxlaqı göstərənlərin yanında hər kəs rahat olur. Belə bir insan özünə verilən tövsiyələri dinləyir, heç bir mövzuda "ən yaxşını mən bilərəm" iddiasında olmur, qürur etmədən dərhal ən gözəl olan münasibəti göstərir. Doğru olana müqavimət göstərmir, səhv olduqda hirslənmir. İnsanların problemlərinə qarşı həssas davranır və incə düşüncəli olur. Heç bir mövzuda üstünlük iddiası olmadığı üçün "əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, əvvəl o mənimlə danışsın" kimi qürurdan qaynaqlanan hesablar içinə girmir. Qarşısındakı insan qürurlu olsa belə təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəli ilə cavab verir, hər kəsə qarşı sevgi və hörmətlə yanaşır. Qısacası, Quran əxlaqına uyğun olan təvazökar, hər fikrə açıq, heç bir mövzuda qürurlanmayan, hər zaman qarşısındakı insanlara qayğı göstərən və dəyər verən bir insan modeli meydana gəlir. Bu səbəblə təvazökar insanlar çox sevilən insanlardır.
Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:
Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan Surəsi, 63)
Allah bir başqa ayəsində də təvazökar olan qullarını sonsuz cənnət həyatı ilə müjdələyir:
... Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də (Allaha) itaət edənlərə müjdə ver. (Həcc Surəsi, 34)
Allah Ali-İmran surəsində insanların təvazökar və yumşaq xasiyyətli olması səbəbi ilə Peyğəmbərimiz (s.ə.s.)in ətrafında toplandıqlarını ifadə edir:
Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Al-i İmran Surəsi, 159)DÜRÜSTLÜK
Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asanlıqla yalan söyləyə bilirlər. Bir insanın yalan danışdığının başa düşülməsi isə, əgər o adam bunu dürüstcə etiraf edib davranışını düzəltməmişsə, bu ona qarşı sevgi duyulmasına mane olur. Çünki yalan danışan insana hansı sözünün doğru, hansı sözünün səhv olduğunun bilinib-bilməməsinə görə etibar edilmir. İnsan güvənmədiyi birinə qarşı sevgi də duya bilməz.
Möminlər isə böyük bir itkiyə uğrasalar, ya da maddi-mənəvi zərərlə qarşılaşsalar belə heç vaxt yalana əl atmazlar. Onlar hər zaman, hər mövzuda dürüst və etibarlı əxlaq göstərən insanlardır.
Heç vaxt doğruları gizləməz, mənfəətlərinə görə doğruları təhrif etməz, yerinə yetirə bilməyəcəkləri sözü verməzlər. Həmçinin, İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü-kiçiyi də olmaz. Bu səbəblə möminlər heç bir zaman qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, nümayiş etdirmək, maddi qazanc əldə etmək, ya da hər hansı bir şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmazlar.
Heç vaxt doğruları gizləməz, mənfəətlərinə görə doğruları təhrif etməz, yerinə yetirə bilməyəcəkləri sözü verməzlər. Həmçinin, İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü-kiçiyi də olmaz. Bu səbəblə möminlər heç bir zaman qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, nümayiş etdirmək, maddi qazanc əldə etmək, ya da hər hansı bir şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmazlar.
Bu gözəl əxlaq xüsusiyyəti ruhu sevgiyə yönəldən vəsilələrdən biridir. Çünki insanın ruhunda dürüst və doğru gördüyü insanlara qarşı dərhal bir sevgi meydana gəlir. Peyğəmbərimiz söhbətlərində möminlərin bir-birlərinə olan sevgisinin əhəmiyyətini ifadə etmiş və bu sevginin meydana gəlməsi üçün etibarlılığın yayılmasını buyurmuşdur:
SƏBRLİ OLMAQ
Quranın "... Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur... (Nisa Surəsi, 128) ayəsi hər insanın nəfsində bəzi mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan Allahın özü üçün təqdir etdiyi ömür boyu nəfsinə sahib olduğu bu mənfi xüsusiyyətlərdən təmizləməklə və cənnət əxlaqındakı mükəmməlliyə çatdırmaq üçün səy göstərməklə məsuldur. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv etməyə də meyllidir.
Əsl sevgi və dostluğun yaşana bilməsi üçün insanın bu vəziyyətini unutmamaq lazımdır. Bir kimsə sevdiyi insana qarşı çox səbrli və bağışlayıcı olmalı, dostunun qüsurlarına qarşı səbr və anlayış göstərməli, onun əksiklərini düzəltməyə çalışmalıdır.
Çünki sevmək və sevilmək səbrli olmağı, fədakarlıq etməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək səbr, insanlar arasında sevgi və xoş münasibətin inkişafını təmin edir. Möminlər əsasən bir-birlərinə güvəndikləri, müsəlman olduqları və bir-birlərinə hörmət etdikləri üçün bir-birlərinin səhvlərini xoş münasibət və bağışlayıcılıqla qarşılayırlar. Müsəlman qardaşlarının yalnız səhvlərini düzəltmək, Quran əxlaqını ən gözəl şəkildə yaşaya bilmək üçün göstərdikləri səmimi səy belə, tək başına onlara qarşı sevgi duymaları üçün kifayətdir. Bu səbəblə, qardaşlarının səhv bir sözü və ya rəftarı ilə qarşılaşsalar belə, ona qarşı səbr göstərər, ən gözəl davranışla cavab verərlər.
Çünki sevmək və sevilmək səbrli olmağı, fədakarlıq etməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək səbr, insanlar arasında sevgi və xoş münasibətin inkişafını təmin edir. Möminlər əsasən bir-birlərinə güvəndikləri, müsəlman olduqları və bir-birlərinə hörmət etdikləri üçün bir-birlərinin səhvlərini xoş münasibət və bağışlayıcılıqla qarşılayırlar. Müsəlman qardaşlarının yalnız səhvlərini düzəltmək, Quran əxlaqını ən gözəl şəkildə yaşaya bilmək üçün göstərdikləri səmimi səy belə, tək başına onlara qarşı sevgi duymaları üçün kifayətdir. Bu səbəblə, qardaşlarının səhv bir sözü və ya rəftarı ilə qarşılaşsalar belə, ona qarşı səbr göstərər, ən gözəl davranışla cavab verərlər.
Peyğəmbərimiz də, möminlərə qardaşlarının qüsurlarını örtmələrini, onlara dəstək olmalarını buyurur:
Kim bir Müsəlmanın ayıbını örtsə, Allah da onun dünyada və axirətdə ayıbını örtər. Kim də müsibətə uğrayan bir kimsənin müsibətini aradan qaldırsa, Allah da qiyamətdə onun müsibətlərindən birini dəf edər. Kim də qardaşının ehtiyacını ödəsə, Allah da onun ehtiyacını ödəyər. (Hz. Müslime İbni Muhalled r.a, Ramuz əl-Ehadis, s. 423.8)
Allahı sevən və daim Allahdan razı olan bir insanın səbri cahiliyyə cəmiyyətlərindəki insanların səbr anlayışlarından çox fərqlidir. Bu insanlar əgər qarşılarındakı adamdan bir mənfəət güdürlərsə və ya cəmiyyətin reaksiyasından çəkinirlərsə bəzi vəziyyətlərə "dözürlər". "Dözən" adam üzünü turşutmağa, deyinməyə haqqı çatdığını hesab edir. "Bu qədər çətinliyə dözürəm, bunun qarşılığında istədiyimi etmək haqqımdır" kimi bir düşüncəyə qapılırlar. Məsələn, xəstə bir yoldaşına baxmaq məcburiyyətində qalan bir insan əgər Quran əxlaqını yaşamırsa, bir müddət sonra mütləq bu vəziyyətdən sıxılmağa, hirslənməyə və şikayət etməyə başlayır. Gecələri yuxusuz qaldığını, yorğun olduğunu, işinin çox çətin olduğunu, ya da heç kimin belə bir çətinliyə dözə bilməyəcəyini söyləyir. Bu vəziyyətdən duyduğu çətinlik və içində yaşadığı hirs açıqca hiss edilir. Xəstə olan yoldaşını minnət altında buraxacaq sözlər söyləyərək, ona özünə borclu olduğunu xatırladır.
Səbrli bir insan isə sevdiyi adamın hər cür istəyinə, ehtiyacına şövqlə cavab verir və ona əlindən gəldiyi qədər kömək edir. Etdiklərindən ötrü qarşısındakı adamı əsla minnət altında buraxmır. Səbr Allahın Quranda möminlərə tövsiyə etdiyi gözəl bir əxlaq xüsusiyyətidir:
Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Al-i İmran Surəsi, 200)
SADİQ OLMAQ
Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. Allah Quranda möminləri sədaqətlərindən ötrü mükafatlandıracağını bildirir. Bu səbəblə Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər qeyd-şərtsiz tətbiq edirlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə açıqlayır:
Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Əhzab Surəsi, 24)
Möminlər ən çətin anlarda da Allaha və iman edənlərə olan sədaqətlərindən əsla qaçınmırlar. Allah Quranda Hz. Musaya tabe olan gəncləri nümunə göstərərək möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir:
Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və təslim olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunus Surəsi, 83-84)
İman edənlər və elçilər tarix boyunca öldürülmə, zənginlik və etibarın əldən alınması, böhtana uğrama kimi təhdidlər altında yaşamışlar. Həyatları boyunca bir-birlərindən ayrılmayan müsəlmanlar Allaha olan sevgiləri, qorxuları və bağlılıqları səbəbindən bütün bu təhlükələri nəzərə almış və bunlardan qorxmamışlar. Allaha olan bu qeyd-şərtsiz sədaqətləri möminlərin bir-birlərinə qarşı coşğulu sevgi duymaları üçün kafi bir səbəbdir. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verir:
MƏRHƏMƏT SAHİBİ OLMAQ
Mərhəmət sevginin bir hissəsidir. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimiz (s.ə.s.)in mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunədir. Allah Quranda Hz. Məhəmməd (s.ə.s.)in bu üstün əxlaqından belə bəhs edir:
Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, möminlərlə şəfqətlidir, mərhəmətlidir! (Tövbə Surəsi, 128)
Mərhəmətli insan ətrafındakıların çətinlik içində yaşamasını istəməz, öz həyatı, sağlamlığı, rahatlığı nə qədər əhəmiyyətlidirsə, ətrafındakı insanların da rahatlığı o qədər əhəmiyyətli və hətta öz həyatından da vacib olur. Bu səbəblə mərhəmətli bir insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, ətrafındakıların problemlərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.
Peyğəmbərimiz möminlərə bütün insanlara qarşı mərhəmətli olmalarını belə buyurmuşdur:
İNSAN HƏQİQƏTƏN SEVDİYİ İNSANIN AXİRƏTİNİ DÜŞÜNƏR
İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqətin şüurunda olan möminlər bir-birlərinə olan sevgilərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əksinə, insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə qarşılıq görəcəyini bilmələri iman edənlərin bu mövzuda böyük bir şövq və dayanıqlılıq içərisində hərəkət etmələrini təmin edər. Bir-birlərində gördükləri yanlış, ya da qüsurlu cəhətləri heç vaxt keçirmədən dərhal düzəltməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa yiyələndirməyə çalışarlar. Bir-birlərini daim yaxşı və gözəl olana dəvət edər, pisliklərdən çəkindirməyə cəhd göstərərlər.Onların bu mövzudakı şövq və əzmləri, bir-birlərinə olan həqiqi sevgilərinin də ən açıq göstəricilərindən biridir. Allah Quranda iman edənlərin bir-birlərinin axirətlərinə istiqamətli bu güclü sevgi anlayışlarını belə xəbər verir:
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)
ƏSL SEVGİDƏ HƏR ZAMAN QARŞI TƏRƏFİN NƏFSİ ÜSTÜN TUTULAR
İnsanların çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu öz nəfslərinin rahatlığıdır. Ancaq əsl sevgidə insan öz nəfsini unudar və sevdiyi insanın nəfsi ön plana keçər. Onu rahatlatdırmaq üçün əlindən gələn hər cür səyi göstərər. Hər zaman sevdiyi adamın istəklərini öz istəklərindən üstün tutar. Məsələn, birlikdə etdikləri bir işdə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olar. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alar. Əgər əmək tələb edən bir işin görülməsi lazımdırsa, sevdiyi adamın yorulması yerinə özü yorulmağı seçər. Əsla qarşı tərəfi utandıracaq, hörmətdən salacaq, üzəcək bir rəftar etməz.
Bunun səbəbi isə Allahın razılığını, sevgisini və cənnətini qazanma istəyidir. Bir insan ancaq Allahın razılığını qazanmaq üçün qarşısındakı adamı bu qədər fədakarca və səmimi bir anlayışla sevə bilər.
Bunun səbəbi isə Allahın razılığını, sevgisini və cənnətini qazanma istəyidir. Bir insan ancaq Allahın razılığını qazanmaq üçün qarşısındakı adamı bu qədər fədakarca və səmimi bir anlayışla sevə bilər.
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun Surəsi, 61)
Və öndə olanlar. Onlar öndədirlər! Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir (Vaqiə Surəsi, 10-11 )





