Bəzi insanlar, din əxlaqını yaşamaq və Allahın razılığını qazanan  biri olmaq üçün yalnız Allah sevgisinin olması ilə kifayətlənirlər . Ancaq Allah Quranda bildirir ki , razı olduğu təqva sahibi qulları , Allahı çox sevmələri ilə yanaşı , Ondan  güclərinin çatdığı qədər qorxub çəkinirlər .
Allah, hər insana bir heç ikən can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs ala bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. İnsanların çoxu, havasız otaqda nəfəs almağın necə çətin olduğunu bilir. Havasızlıq artıqca nəfəs almaqda çətinlik də artır. Biz, çətinliklə nəfəs aldığımız bir dünyada da yaşaya bilərdik. Ancaq nəfəs aldığımız hava, Allahın rəhməti və diləməsi ilə heç bir zaman bizə çətinlik vermir, əksinə bizi rahatlaşdırır, xoşumuza gəlir.
İnsan həyatı boyu insanların ədalətsizliyinin şahidi ola bilər. Bəzisi ticarətdə, bəzisi şahidlikdə, bəzisi də qərar verərkən öz mənfəətlərini qoruyur və ədalətli davranmağı ağlına gətirmir.

Ədalətla davranmaq insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunu bildirən xüsusiyyətdir. Cəmiyyətdə mənfəətlərini düşünməyərək ədalətli və dürüst davranan insanlara qarşı sevgi və hörmət yaranır. Cəmiyyətdə belə insanlar, fərqli fikirlərdə olsalar da, hörmət görür, hətta qəhrəman elan edilirlər.
İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz insanların  bütün dualarına cavab verəcəyini bildirərək onlara  köməyini belə müjdələmişdir:

 (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
Allaha könüldən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin özünü qoruduğuna, Onun müşahidəsinə hər an şahid olur. Allah, səmimi olaraq edilən, haramdan çəkinilən və halala uyğun olan hər işdə möminlərin yolunu açır; onlara asanlıq verir. Allah, Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün edəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:
... Möminlərə yardım etmək Bizim borcumuz idi. (Rum Surəsi, 47)
Allah, əfvi sonsuz olandır.Quranın bir ayəsində Rəbbimiz bu gerçəyi bizlərə
" Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir..." (Nəhl Surəsi, 61)
 sözləriylə bildirir.
Allah, bu an siz bu yazını oxuyarkən, həm sizə, həm də bütün insanlara bir vaxt verir. Həqiqətən iman edənlər üçün bu vaxt çox xeyirlidir.
Mikdam İbnu Madikerib (radıyallahu ənh) belə söyləyir: 

"Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurur: "Sizdən  biri qardaşının əxlaqını (Allah üçün) sevirsə bunu özünə söyləsin." Kutubu Sittə, 10-cu cild, s. 135; Əbu Davud, Ədəb 122, (5124); Tirmizi, Zühd 54, (2393) 

Ata əl-Xorasanı söyləyir:

 "Rəsulullah (əleyhissalatu vəssalam) buyurur ki: "Əl verərək görüşün ki, ürəyinizdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə sevginiz  artsın və aranızdakı düşmənlik bitsin." Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908)

Qurana əsaslanmayan sevgilər qısa müddətdə bitir. Tərəflərdən biri qarşısındakından ümid etdiyi mənfəətləri əldə edə bilməyəcəyini gördüyündə əvvəl duyduğu həyəcan dərhal bezginliyə çevrilir. Eyni şəkildə, bir acizliyini gördüyündə, ya da bir xəstəliyinə şahid olduğunda o adam onun üçün artıq dözülən  bir insana çevrilir. Xüsusilə də, bu adamın görünüşündə bir dəyişiklik olsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalsa, bu, o insan üçün sevginin sonu deməkdir.
Bir çox insan qəbul etmək istəməsə də, bəzi insanlar münasibətlərində mənfəət axtarırlar. Bu qəbildən olan insanlar özlərinə mənfəət verə bilən bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı "sevgi" hesab edirlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları "ehtiraslı bir həvəsdir". Belə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan meydana gətirdiyi üçün həyəcan da zəngin olan adama qarşı duyulur.
Şirkə əsaslanan sevginin nümunələri qadın ilə kişi arasındakı əlaqələrdə daha çox görünür. Bəzi insanlar Allaha qarşı duyacaqları sevgini və bağlılığı heç nəyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatlarının əsl məqsədi hesab edir, hər an - hər yerdə onun adını xatırlayır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər qalxdıqları andan etibarən gün ərzində o adamı düşünür, ya da o kimsəni düşündüyündən səhərə qədər yuxusuz qalırlar.
Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edir, çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə adama daxilən böyük bir həyəcan verir. Eyni zamanda, gözəl xasiyyətli, gözəl üzlü insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirir. Çünki  insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir.
Bütün həyatlarını Allaha həsr edən və qəlbən Ona təslim olan möminlərin dünyadakı yeganə məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır.
 
"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) 

ayəsində bildirildiyi kimi, möminlər hər davranışlarında və hər işlərində Allahın razılığını qazanmağı hədəf seçirlər.

 İnsanların çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu öz nəfslərinin rahatlığıdır. Ancaq əsl sevgidə insan öz nəfsini unudar və sevdiyi insanın nəfsi ön plana keçər. Onu rahatlatdırmaq üçün əlindən gələn hər cür səyi göstərər. Hər zaman sevdiyi adamın istəklərini öz istəklərindən üstün tutar. Məsələn, birlikdə etdikləri bir işdə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olar. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alar.
İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqətin şüurunda olan möminlər bir-birlərinə olan sevgilərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əksinə, insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə qarşılıq görəcəyini bilmələri iman edənlərin bu mövzuda böyük bir şövq və dayanıqlılıq içərisində hərəkət etmələrini təmin edər.

Mərhəmət sevginin bir hissəsidir. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimiz (s.ə.s.)in mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunədir. Allah Quranda Hz. Məhəmməd (s.ə.s.)in bu üstün əxlaqından belə bəhs edir: