ALLAHI SEVƏN, BÜTÜN MÖMİNLƏRİ SEViR
İman edənlər, Allaha olan güclü sevgiləri və səmimi bağlılıqları səbəbiylə, Allahın yaratdığı varlıqları da çox sevir, bunların hər birində Allahın isimlərinin təcəllilərini görürlər. Quranın
"Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər." (Maidə Surəsi, 55)
ayəsiylə bildirildiyi kimi, iman edənlər, Allahın insanlara doğru yolu göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və saleh möminlərə də qarşı dərin bir sevgi bəsləyirlər.
Peyğəmbərlər, Allahın bütün insanlar üçün nümunə göstərdiyi, dərin imana sahib olan, üstün əxlaqlı bəndələrdir. Allahın
"Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.." (Əhzab Surəsi, 21)
ayəsiylə xəbər verdiyi kimi, Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v) həyatında və əxlaqında iman edənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (səv) Allaha olan dərin bağlılığı, təqvası, səbri, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və daha bir çox gözəl xüsusiyyəti, bütün müsəlmanlara nümunədir.
Peyğəmbərimiz (s.ə.v), Allaha və peyğəmbərə qarşı duyulan sevginin əhəmiyyətini bizlərə belə xatırladır: Rəsulullah buyurur ki: "Allah-u Təalanı və Rəsulunu sahib olduğu hər şeydən çox sevməyənin imanı möhkəm deyil." İman nədir? deyə soruşduqda: "Allah və Elçisinin , sənin üçün hər şeydən daha əziz olmalarıdır." buyurdu. Yenə buyurdu ki: "Qul, Allah və Rəsulunu, uşaqlarından, malından və bütün məxluqatdan çox sevmədikcə mömin olmaz."
"Hz. Ənəsin rəvayətinə görə, Rəsulullah (səv) buyurmuşdur ki; üç xüsusiyyət kimdə olsa o kəs imanın ləzzətini tapar. Birincisi, Allah və Elçisinin o kimsəyə hər şeydən daha sevimli olması. İkincisi, başqasını sevdiyində də Allah üçün sevmək. Üçüncüsü də küfrə dönməyi sanki atəşə atılacaq kimi dəhşətli görməkdir."
Allahın bütün elçiləri və peyğəmbərləri, Allah Qatında seçilmiş , Rəbbimizin razılığını qazanmış üstün əxlaqlı insanlardır. Allah, Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair nümunələr verir və onları tərifləyir. Peyğəmbərimiz Hz. Məhəmməd, Hz. Musa, Hz. İsa, Hz. İbrahim, Hz. Harun, Hz. Yəhya, Hz. Yusuf, Hz. Yunus, Hz. Yaqub, Hz. İsmayıl, Hz. Süleyman, Hz. Davud və digər bütün peyğəmbərlər və elçilər, Allaha olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqlarıyla insanlara nümunədirlər. Quranı həyatlarına rəhbər edib elçiləri bu üstün xüsusiyyətləriylə tanıyan bütün möminlər, onların əxlaqına yiyələnmək, onlar kimi Allahın dostluğunu qazana bilmək və cənnətdə onlarla birlikdə ola bilmək üçün xeyirlərdə yarışır və ciddi səy göstərirlər. Möminlərin peyğəmbərlərə qarşı duyduqları bu dərin sevgi, onların sevgi anlayışlarını da göstərir. İman edənlərin bir başqasına duyduqları sevgi, tamamilə o adamın imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanır. Bir insanın bu xüsusiyyətlərini bilmək, o kəslə heç görüşmədən belə, dərin və coşğulu bir sevginin ona qarşı duyulmasına səbəb olur.
İman edənlər heç görmədən, tanış olmadan və yanlarında olmasalar belə, Allahın elçilərinə qarşı bu cür ürəkdən gələn bir sevgi, hörmət və bağlılıq hissi duyurlar. Allahın, onları bütün inananlara bir rəhmət olaraq göndərməsi və bir çox Quran ayəsində onlardan sevgi və mədh edərək bəhs etməsi , iman edənlərin elçilərə olan sevgilərinin coşğusunu daha da artırır. İman edənlər, peyğəmbərlərdən və elçilərdən hər zaman hörmət, sevgi və təriflə bəhs edir, onları daim özlərindən irəlidə görür və onları üstün tuturlar . Hər fürsətdə, onların Allaha olan təslimiyyətlərini, yaxınlıqlarını, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara danışır və onları da elçilərin yoluna tabe olmağa çağırırlar.
Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. (Ali İmran-164)
Allah Quranda iman edənlərin elçilərə olan bu sevgilərinə diqqət çəkir və peyğəmbərlərin, möminlər üçün, öz nəfslərindən daha öndə olduğunu bildirir:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır.... (Əhzab Surəsi, 6)
Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və üstün xüsusiyyətlərinə yer vermiştir. Peyğəmbərlərin sevgi ve mədh ilə salamlandığı bu ayələrdən bəziləri bunlardır:
Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də. (Saffat surəsi, 108-113)
Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz (Mücadələ surəsi, 22)
Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 119-122)
Şübhəsiz ki, İlyas da elçilərdəndir... Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İlyasinə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 123, 129-132)
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 84-87)
Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:
Elçilərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Saffat surəsi, 181-182)
Şübhəsiz ki, İlyas da elçilərdəndir... Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İlyasinə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 123, 129-132)
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 84-87)
Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:
Elçilərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Saffat surəsi, 181-182)
Peyğəmbərlər, Allahın ən sevdiyi, Özünə ən yaxın dost seçdiyi, ən saleh möminlərdəndir. Allahın ən sevdikləri, möminlərin də ən sevdikləridir. Bu səbəbdən möminlər də peyğəmbərlərimizə olan sevgilərini, onları Allahın Quranda salamladığı kimi, sevgiylə tərifləyərək və xatırlayaraq göstərməli, onların yoluna və əxlaqlarına tam olaraq tabe olmaq üçün çalışmalıdırlar.
Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən (gələn) haqqı çatdırdı. (Ona) iman gətirin! (Bu) sizin üçün xeyirli olar. (Nisa Surəsi, 170)
və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi (göndərmişdir). (Talaq Surəsi, 11)
Allahı sevən, Allahın dostu olan möminləri də sevir. Allahın sevdikləri, möminlərin də sevdiyidir; Allaha dost olan, möminlərə də dostdur; Allah kimdən razı isə, möminlər də ondan razıdır; Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandırlar. Bu səbəblə möminlər bir-birlərini çox sevərlər və bir-birlərinə qarşı çox həssasdırlar . Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və həssaslıqlarından bəhs edilir. Bu ayələrdən bəziləri belədir:
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbrli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə. (Kəhf Surəsi, 28)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbrli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə. (Saf Surəsi, 4)
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.! (Ali İmran Surəsi, 103)
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. ( Tövbə Surəsi, 71)
Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır. (Ənfal Surəsi, 72)



