ALLAH ƏFVİ SONSUZ OLANDIR
Allah, əfvi sonsuz olandır.Quranın bir ayəsində Rəbbimiz bu gerçəyi bizlərə
" Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir..." (Nəhl Surəsi, 61)
sözləriylə bildirir.
Allah, bu an siz bu yazını oxuyarkən, həm sizə, həm də bütün insanlara bir vaxt verir. Həqiqətən iman edənlər üçün bu vaxt çox xeyirlidir. Allahdan qorxub çəkinən hər insan, ən kiçiyindən ən böyüyünə qədər hər günahı üçün Allaha tövbə edib, Ondan bağışlanmasını diləyə bilər, günahlarını düzəltməyi ümid edə bilər. İnsan tövbəsində səmimi olduğu müddətcə Allah hər günahı bağışlayandır. Allahın sonsuz bağışlayıcılığı, Quranda belə bildirilmişdir:
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər) (Nur Surəsi, 10)
Allah, əfvi sonsuz olduğu üçün insana hər zaman bir qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzl və rəhmət sahibi olan Rəbbimiz, insanlara olan mərhəmətinə görə onlara həyatları boyunca qurtuluş imkanı vermiş, onlara tövbələri qəbul edən olduğunu bildirmişdir. Allahın bütün bu nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqində olmadan yaşayanlar, həqiqətən qəflət içindədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini gərəyi kimi təqdir edə bilməmələri, bu kəslərin axirətdə cəhənnəm əzabıyla qarşılıq görmələrinə səbəb olacaq.
Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran Surəsi, 13 ) Allah Öz yolunda olanların qoruyucusu və köməkçisidir
Allaha könüldən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin özünü qoruduğuna, Onun müşahidəsinə hər an şahid olur. Allah, səmimi olaraq edilən, haramdan çəkinilən və halala uyğun olan hər işdə möminlərin yolunu açır; onlara asanlıq verir. Allah, Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün edəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:
Allahın hər an köməyiylə dəstəklədiyi ən gözəl nümunələrdən biri Hz. Musadır. Hz. Musa, yaşadığı şəhərdən qaçdıqdan sonra, Allaha
"... Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”." (Qəsəs Surəsi, 24)
deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu bir tayfayla görüşdürmüşdür. Bununla Hz. Musa, etibarlı insanların yanında yaşamaq və işləmək imkanı əldə etmişdir.
Allah, Hz. Musaya peyğəmbərlik verdikdən sonra, Hz. Musanın istəyi ilə onu qardaşı Hz. Harun ilə dəstəkləyərək gücləndirmişdir. Firon və ordusu Hz. Musa və Hz. Harunu təqib etdiyi zaman, Allah yenə onlara kömək etmişdir. Allah, dənizi yararaq, Hz. Musa və yanındakılara keçə biləcəkləri bir yol açmış, Firon və ordusunu isə suda boğmuşdur. Allah Hz. Musa və Hz. Haruna olan köməyini Saffat surəsində belə bildirir:
Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat Surəsi, 114-116)
Allah, Hz. Nuha da kömək etmiş, qövmünə gələcək bir tufandan onu və digər inananları qorumaq üçün, Hz. Nuha bir gəmi inşa etməsini vəhy etmişdir. Allah, Hz. İsanı isə, çarmıxa çəkib öldürülmək istədikləri zaman, Öz yanına qaldıraraq qorumuşdur. Allah, Hz. Yusufu zindandan qurtarmış, ona mövqe və məqam nəsib etmişdir. Rəbbimiz, Peyğəmbərimiz Hz. Məhəmmədə ( səv) də daim kömək etmiş, onun üzərindəki yükü yüngülləşdirmişdir. Allah, Quran ayələriylə Peyğəmbərimizin (səv) vəlisi, qoruyucusu və köməkçisi olduğunu müjdələyərək möminlərin ürəklərinə hüzur və etibar duyğusu vermişdir.
Allahın, iman edənlərə olan köməyini müjdələdiyi ayələrdən bəziləri belədir:
De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. (Əhzab Surəsi, 17)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin Surəsi, 51)
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat Surəsi, 171-173)
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. (Məhəmməd Surəsi, 7)
İnsan hər anında Allaha möhtacdır. Heç bir insanın, Allahın xaricində bir köməkçisi yoxdur. Hər hansı bir çətinliklə qarşılaşdığında ona kömək edə biləcək yalnız Allahdır. Allah, insanlara rəhmət olaraq, dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri dəf edə bilmələri üçün çoxlu nemətlər yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən, bunları müstəqil güc sahibi varlıq olaraq düşünməsi böyük bir səhv olar. Çünki gerçəkdə bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın diləməsiylə insanlar üçün nemətə və rəhmətə çevrilir. Məsələn, xəstəliyi üçün həkimdən kömək istəyən insana, gerçəkdə bu köməyi edəcək olan yalnız Allahdır. Həkim isə ancaq Allahın diləməsiylə insana şəfa verə bilər. Eyni şəkildə haqqını qoruması üçün özünə vəkil tutan kimsənin də əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın diləməsiylə insanın haqqını qoruya bilər, ya da onun adına ədaləti təmin edə bilər. Gerçəkdə isə hadisələri ən gözəl şəkildə nəticələndirən və insana nemətini verən yalnız Allahdır.
Hər işində daim Allaha yönələn, yalnız Rəbbimizi vəkil edən insanın tək dostu və köməkçisi Allahdır. Allah, möminlərə dilədiyi yollardan köməyini çatdırır. Bu gerçəklərin fərqində olan insan, heç zaman insanlardan və ya başqa güclərdən nəsə gözləmir. Bütün köməyin Allahdan gəldiyini bilir, hər şeyi Allahdan istəyir. Bir uğur qazandığında, üstün gəldiyində, xeyrinə olan bir işlə qarşılaşdığında dərhal Allaha yönəlib şükr edir, köməyinə görə Allaha minnətdarlıq edir. Həyatı boyu Allahın köməyini və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün yalnız Rəbbimizə minnət duyur və Ona səmimi və coşğulu bir sevgiylə bağlanır. Allah, insanların gerçək dostunun və köməkçisinin ancaq Özü olduğunu Quranda belə xatırladır:
... Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə Surəsi, 106-107)
ALLAH DUALARA CAVAB VERƏNDİR
İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz insanların bütün dualarına cavab verəcəyini bildirərək onlara köməyini belə müjdələmişdir:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər (Muminun surəsi, 60)
Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın, insanların hər istədiyini, ağlından keçən hər şeyi bilməsi və dualara cavab verməsi boyük nemət və rəhmətdir.
İnsan Allahın razılığına uyğun olan, halal və haramı qoruyaraq, heç bir sərhəd olmadan Rabbimizdən hər şeyi istəyə bilər. Allah Quranda peyğəmbərlərin dualarına necə cavab verdiyini bildirib:
Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83-84)
Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk! (Ənbiya surəsi, 87-88)
Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi 89-90)
Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik. (Saffat surəsi 75-77)
Allah Nəml surəsində sadəcə peyqəmbərlərin deyil ehtiyacı olan və sıxıntıda olan hər kəsin duasına cavab verdiyini bildirir:
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız? (Nəml surəsi, 62)
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 55-56)
Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! (İbrahim suresi, 38)
İnsan Allahdan dilədiyi arzusunun həyata keçdiyini gördükdə əlbəttə ki, bu onun üçün böyük sevinc qaynağı olur. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu bilən, səmimi olduğu müddətdə Allahın hər işində ona kömək edəcəyini, hər istədiyini qəbul edəcəyini ümid edən möminin Allaha olan sevgisini, təslimiyyətini, könüldən bağlılığını artırır.
ALLAH SONSUZ ƏDALƏT SAHİBİDİR
İnsan həyatı boyu insanların ədalətsizliyinin şahidi ola bilər. Bəzisi ticarətdə, bəzisi şahidlikdə, bəzisi də qərar verərkən öz mənfəətlərini qoruyur və ədalətli davranmağı ağlına gətirmir.
Ədalətla davranmaq insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunu bildirən xüsusiyyətdir. Cəmiyyətdə mənfəətlərini düşünməyərək ədalətli və dürüst davranan insanlara qarşı sevgi və hörmət yaranır. Cəmiyyətdə belə insanlar, fərqli fikirlərdə olsalar da, hörmət görür, hətta qəhrəman elan edilirlər.
Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün insanlar tarix boyu Allah qatında layiq olduqları qarşılığı alıblar və bundan sonra da əskiksiz alacaqlar. Hər insan, Allah Qatında etdiklərinin qarşılığını eynilə alır. Allah ədalətinin axirət günündə necə qüsursuz şəkildə təcəlli edəcəyini ayələrdə belə açıqlayır:
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər. (İsra surəsi, 17)
De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!” (Səba surəsi, 26)
Allahın ədalətindən əmin olmaq isə insanın Allaha hüdudsuz sevgi və inamla təslim olmasına vəsilə olur. Belə insan hər hansı bir hadisə ilə qarşılaşsa, Allahın ədalətinin daima təcəlli etdiyindən əmin olur, Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayır.
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)



