İnsanın özünə aid heç bir müstəqil gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib lütfünü, nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz insanların bütün dualarına cavab verəcəyini bildirərək onlara köməyini belə müjdələmişdir:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər (Muminun surəsi, 60)
Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın, insanların hər istədiyini, ağlından keçən hər şeyi bilməsi və dualara cavab verməsi boyük nemət və rəhmətdir.
İnsan Allahın razılığına uyğun olan, halal və haramı qoruyaraq, heç bir sərhəd olmadan Rabbimizdən hər şeyi istəyə bilər. Allah Quranda peyğəmbərlərin dualarına necə cavab verdiyini bildirib:
Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83-84)
Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk! (Ənbiya surəsi, 87-88)
Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi 89-90)
Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik. (Saffat surəsi 75-77)
Allah Nəml surəsində sadəcə peyqəmbərlərin deyil ehtiyacı olan və sıxıntıda olan hər kəsin duasına cavab verdiyini bildirir:
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız? (Nəml surəsi, 62)
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 55-56)
Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! (İbrahim suresi, 38)
İnsan Allahdan dilədiyi arzusunun həyata keçdiyini gördükdə əlbəttə ki, bu onun üçün böyük sevinc qaynağı olur. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu bilən, səmimi olduğu müddətdə Allahın hər işində ona kömək edəcəyini, hər istədiyini qəbul edəcəyini ümid edən möminin Allaha olan sevgisini, təslimiyyətini, könüldən bağlılığını artırır.
0 коммент.:
Отправить комментарий