Bəzi insanlar, din əxlaqını yaşamaq və Allahın razılığını qazanan  biri olmaq üçün yalnız Allah sevgisinin olması ilə kifayətlənirlər . Ancaq Allah Quranda bildirir ki , razı olduğu təqva sahibi qulları , Allahı çox sevmələri ilə yanaşı , Ondan  güclərinin çatdığı qədər qorxub çəkinirlər .
Allahı bütün sifətləriylə tanıyan, Onun böyüklüyünü lazımı  kimi təqdir edən, ağıl və vicdan sahibi hər insan, Allahdan gücü çatdığı qədər qorxub çəkinir. Allah, Özündən qorxub çəkinən qullarına doğru ilə yalnışı bir-birindən ayırmaq üçün  xüsusi bir qabiliyyət verir; Allahın əmrlərinə  əskikliyə yol vermədən tabe olması, hər zaman vicdanına görə hərəkət etməsi üçün ona güc verir. Allah, iman edənlər üzərindəki bu nemətini Quranda belə bildirir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.(Ənfal Surəsi, 29)

Məsələn, Allahdan qorxub çəkinən insan yalan danışmır.Bəzən yalan danışmaq onun  mənfəətlərinə uyğun gəlsə belə,  o insan Allahın razılığını qazanmamağı və Onun özünə verəcəyi qarşılığı  göz önünə gətirərək qorxur  və bundan çəkinib  dürüst davranır. Bir anlıq qəflət nəticəsində səhv söz  söyləsə belə, dərhal işlətdiyi günahın fərqində olur və buna görə Allaha tövbə edib səhvini düzəldir  Buna bənzər, insanın, çox böyük ehtiyac içindəykən belə, haram yollardan pul qazanmağa əsla yanaşmaması da, yenə onun Allah qorxusundan irəli gəlir.

Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi  vardır; o həddə  qədər dürüst və doğru olsa belə, bəzən bir səbəbə görə artıq  nəfsi üçün hərəkət edir. Allahdan qorxub çəkinən insan isə, nə qədər çətin vəziyyətdə qalırsa  qalsın, heç vaxt  bəzi səbəblərə görə Allahın razı olmayacağı bir yolu seçmir. Bir çətinliklə qarşılaşdığında Allaha güvənərək Ona sığınır, özünə bir çıxış yolu göstərməsi üçün Rəbbimizə dua edir və ixlasla Ona  təvəkkül edir.

Allah qullarını sevən, onlar üçün gözəllik bəxş edən, onları bağışlayan, mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın diləməsiylə Onun rəhmətindən məhrum  olan  kimsələrdir . Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi qəlblə  iman edən saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkardan dönməyən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq.

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.(Hədid Surəsi, 4)

Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını  lazımı  kimi təqdir edən bir insan, həyatının hər anında, etdiyi hər işdə Allahdan içi titrəyərək qorxur. Bu qorxusuna görə Rəbbimizin razı olmayacağı hər davranışdan diqqətlə çəkinir. Ancaq bir tərəfdən də, Allaha səmimi bir sevgi və sədaqətlə bağlanır. Bu bağlılığa görə də, daima səhvləri üçün bağışlanma diləyib tövbələrinin qəbul ediləcəyini, Allahın razılığını qazanmaq üçün göstərdiyi ciddi səyə görə özünü cənnətiylə mükafatlandıracağını Allahdan  ümid edir. Quranda iman edənlərin bu əxlaqı belə ifadə edilir:

Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk Surəsi, 12)

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!. (Ali İmran Surəsi, 102)

Allahı həqiqətən sevən hər mömin, Allahın əzabından, Allahın məmnuniyyətini və sevgisini itirməkdərn böyük bir qorxu duyur və bu səbəblə həyatı boyunca çox ciddi və səmimi səy göstərir. Allah Quranda bu əxlaqı yaşayan möminləri belə müjdələyir:     
                               
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.. (İsra Surəsi, 19)



0 коммент.:

Отправить комментарий