İnsan həyatı boyu insanların ədalətsizliyinin şahidi ola bilər. Bəzisi ticarətdə, bəzisi şahidlikdə, bəzisi də qərar verərkən öz mənfəətlərini qoruyur və ədalətli davranmağı ağlına gətirmir.
Ədalətla davranmaq insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunu bildirən xüsusiyyətdir. Cəmiyyətdə mənfəətlərini düşünməyərək ədalətli və dürüst davranan insanlara qarşı sevgi və hörmət yaranır. Cəmiyyətdə belə insanlar, fərqli fikirlərdə olsalar da, hörmət görür, hətta qəhrəman elan edilirlər.
Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün insanlar tarix boyu Allah qatında layiq olduqları qarşılığı alıblar və bundan sonra da əskiksiz alacaqlar. Hər insan, Allah Qatında etdiklərinin qarşılığını eynilə alır. Allah ədalətinin axirət günündə necə qüsursuz şəkildə təcəlli edəcəyini ayələrdə belə açıqlayır:
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər. (İsra surəsi, 17)
De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!” (Səba surəsi, 26)
Allahın ədalətindən əmin olmaq isə insanın Allaha hüdudsuz sevgi və inamla təslim olmasına vəsilə olur. Belə insan hər hansı bir hadisə ilə qarşılaşsa, Allahın ədalətinin daima təcəlli etdiyindən əmin olur, Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayır.
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)
0 коммент.:
Отправить комментарий