Quranın "... Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur... (Nisa Surəsi, 128) ayəsi hər insanın nəfsində bəzi mənfi xüsusiyyətlər ola biləcəyini xatırladır. İnsan Allahın özü üçün təqdir etdiyi ömür boyu nəfsinə sahib olduğu bu mənfi xüsusiyyətlərdən təmizləməklə və cənnət əxlaqındakı mükəmməlliyə çatdırmaq üçün səy göstərməklə məsuldur. Ancaq buna baxmayaraq, insan həyatının sonuna qədər yaşadığı hər an səhv etməyə də meyllidir.
Əsl sevgi və dostluğun yaşana bilməsi üçün insanın bu vəziyyətini unutmamaq lazımdır. Bir kimsə sevdiyi insana qarşı çox səbrli və bağışlayıcı olmalı, dostunun qüsurlarına qarşı səbr və anlayış göstərməli, onun əksiklərini düzəltməyə çalışmalıdır.
Çünki  sevmək və sevilmək səbrli olmağı, fədakarlıq etməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək səbr, insanlar arasında sevgi və xoş münasibətin inkişafını təmin edir. Möminlər əsasən bir-birlərinə güvəndikləri, müsəlman olduqları  və bir-birlərinə hörmət etdikləri üçün bir-birlərinin səhvlərini xoş münasibət və bağışlayıcılıqla qarşılayırlar. Müsəlman qardaşlarının yalnız səhvlərini düzəltmək, Quran əxlaqını ən gözəl şəkildə yaşaya bilmək üçün göstərdikləri səmimi səy belə, tək başına onlara qarşı sevgi duymaları üçün kifayətdir. Bu səbəblə, qardaşlarının səhv bir sözü ya rəftarı ilə qarşılaşsalar belə, ona qarşı səbr göstərər, ən gözəl davranışla cavab verərlər.

Peyğəmbərimiz də, möminlərə qardaşlarının qüsurlarını örtmələrini, onlara dəstək olmalarını  buyurur:

Kim bir Müsəlmanın ayıbını  örtsə, Allah da onun dünyada və axirətdə ayıbını örtər. Kim də müsibətə uğrayan bir kimsənin müsibətini aradan qaldırsa, Allah da qiyamətdə onun müsibətlərindən birini dəf edər. Kim də qardaşının ehtiyacını ödəsə, Allah da onun ehtiyacını ödəyər. (Hz. Müslime İbni Muhalled r.a, Ramuz əl-Ehadis, s. 423.8)

Allahı sevən və daim Allahdan razı olan bir insanın səbri cahiliyyə cəmiyyətlərindəki  insanların səbr anlayışlarından çox fərqlidir. Bu insanlar əgər qarşılarındakı adamdan bir mənfəət güdürlərsə və ya cəmiyyətin reaksiyasından çəkinirlərsə bəzi vəziyyətlərə "dözürlər". "Dözən" adam üzünü turşutmağa, deyinməyə haqqı çatdığını hesab edir. "Bu qədər çətinliyə dözürəm, bunun qarşılığında istədiyimi etmək haqqımdır" kimi bir düşüncəyə qapılırlar. Məsələn, xəstə bir yoldaşına baxmaq məcburiyyətində qalan bir insan əgər Quran əxlaqını yaşamırsa, bir müddət sonra mütləq bu vəziyyətdən sıxılmağa, hirslənməyə və şikayət etməyə başlar. Gecələri yuxusuz qaldığını, yorğun olduğunu, işinin çox çətin olduğunu, ya da heç kimin belə bir çətinliyə dözə bilməyəcəyini söyləyir. Bu vəziyyətdən duyduğu çətinlik və içində yaşadığı hirs açıqca hiss edilir. Xəstə olan yoldaşını minnət altında buraxacaq sözlər söyləyərək, ona özünə borclu olduğunu xatırladır.

Səbrli bir insan isə sevdiyi adamın hər cür istəyinə, ehtiyacına şövqlə cavab verir və ona əlindən gəldiyi qədər kömək edir. Etdiklərindən ötrü qarşısındakı adamı əsla minnət altında buraxmır. Səbr Allahın Quranda möminlərə tövsiyə etdiyi gözəl bir əxlaq xüsusiyyətidir:

Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! (Al-i İmran Surəsi, 200)

0 коммент.:

Отправить комментарий